İpoteka kreditləri üzrə müvəkkil banklara ayrılan limitlər artırıla bilər – Özəl

10:59 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Bu il müvəkkil banklar tərəfindən 117,0 milyon manat məbləğində ipoteka kreditləri verilib.

Bunu ABC.Az-ın sorğusuna İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər. Fondun açıqlamasına görə, ipoteka kreditlərinin verilməsi ilin sonunadək davam edəcək.

Sorğuya cavablarında Fonddan onu da qeyd etdilər ki, 2019-cu ildə dövlət büdcəsindən güzəştli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə ayrılmış vəsaitin 40 milyon manat məbləğində hissəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsinə yönəldilib: “Hazırda bu mənzillərin alınmasına güzəştli ipoteka kreditlərinin verilməsi də uğurla davam etdirilir. Həm güzəştli, həm də adi ipoteka kreditləri əlverişli şərtlərlə verildiyi üçün hazırda bu kreditlərə yüksək tələb müşahidə olunur. Bildiririk ki, Fond tərəfindən dövri olaraq ipoteka bazarında formalaşmış tələb öyrənilir və ipoteka kreditləşməsinin davamlılğının təmin edilməsi məqsədilə cəlbetmə imkanları çərçivəsində əlavə limitlərin ayrılması məsələsinə baxılır”.

 

 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər