AZPROMO Koreya İdxalçılar Assosiasiyası ilə əməkdaşlıq edəcək

15:26 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Bu gün  Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib.

Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və KOIMA-nın sədri Hong Kvang-Hee imzalayıblar.

Bütün xəbərlər