Dörd şirkətin sığorta yığımı 170 milyondan çoxdur - RENKİNQ

11:35 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda bir sıra göstəricilər əksini tapıb.

 Onlardan biri şirkətlərin yığımla bağlı statistikasıdır. Əvvəlcə Azərbaycanda fəaliyyət göstərən “Atəşgah”, “Paşa Sığorta”, "İpək Yolu Sığorta" və  “Azərsığorta” şirkətlərinin yığım üzrə statistikasına nəzər salaq. Sözügedən dövr ərzində sığorta şirkətlərinin sığorta yığımına görə, birincilik “Paşa Sığorta” şirkətinə məxsusdur.

Belə ki, adıçəkilən şirkət bəhs olunan dövrdə 104 milyon 745,7 min manat sığorta yığımı edə bilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 277,10 min manat çoxdur. İkinci yerdə “Azərsığorta” şirkəti gəlir. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə 876 min manat az sığorta yığımı həyata keçirsə də, 39 milyon 654,5 min manatla sözügedən şirkətlər arasında ikincidir. Üçüncü sırada olan “Atəşgah” sığorta şirkəti 8 ayda 25 milyon 681,9 min manat sığorta yığımı edə bilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 652 min manat çoxdur. Müqayisə apardığımız 4 şirkət arasında ən sonuncu yerdə “İpək Yolu Sığorta" şirkəti qərarlaşıb. Qeyd olunan dövrdə şirkət 17 milyon 406.6 min manat sığorta yığımı həyata keçirə bilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 981,50 min manat çox olub.

 

Müəllif: Elmir Murad.

Bütün xəbərlər