Ən çox sığorta ödənişləri həyata keçirən şirkətlər - RENKİNQ

13:52 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb. Göstəricilər şirkətlərin həm sığorta yığımı, həm də sığorta ödənişləri qeyd olunmaqla dərc olunub.

ABC.AZ xəbər verir ki, sözügedən dövr ərzində ən çox sığorta ödənişini 56 milyon 896.9 min manatla “Paşa Həyat Sığorta” edib. İkinci yerdə ən çox sığorta ödənişi həyata keçirən 33 milyon 210.0 min manatla “Paşa Sığorta” şirkəti gəlir. “Paşa Sığorta”-dan 20 milyon manata yaxın az ödəniş edən "Atəşgah Sığorta” 13 milyon 276.5 min manat ödənişi həyata keçirib. Ondan biraz az ödəniş edən "AtaSığorta" sözügedən dövrdə 9 milyon 943.4 min manat ödəniş edə bilib. 5-ci pillədə gələn "Azərsığorta" isə 8 ayda 9 milyon 940.3 min manat ödəniş edib. "Azərsığorta"-dan cüzi az ödəniş edən "Xalq Sığorta" yanvar-avqust ayları ərzində 9 milyon 485.2 min manat ödənişlə 6 -cı sırada qərarlaşıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər