Ən az sığorta ödənişi edən şirkətlər – RENKİNQ

15:30 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb. Göstəricilər şirkətlərin həm sığorta yığımı, həm də sığorta ödənişləri qeyd olunmaqla dərc olunub.

 ABC.AZ xəbər verir ki, sözügedən dövrdə ən az sığorta ödənişi edən “Naxçıvansığorta” olub. Şirkət 8 ayda cəmisi 12 min manat ödəniş edə bilib. Ən az sığorta ödənişinə görə, sıralamada ikinci yerdə “Bakı Sığorta” gəlir. Şirkət bəhs olunan dövrdə 162 min 800 manat ödəniş həyata keçirib. "Amrah Sığorta" 138 min 900 manat ödənişlə üçüncü yerdə qərarlaşıb. "Rəvan Sığorta"-nın da ödənişləri ürəkaçan olmayıb. 254 min 200 manat sığorta ödənişi həyata keçirən şirkət sıralamada axırdan 4-cüdür. "Azərbaycan Sənaye Sığorta" 1 milyon 362.2 min manat, "Günay Sığorta" isə 12 milyon 10 min sığorta ödənişi edə bilib. İl boyu ödəmə ilə bağlı ünvanına xeliy şikayətlər olan "Standart İnsurance” 27 milyon 68,3 min sığorta ödənişi həyata keçirib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər