İcbari sığorta ilə bağlı maraqlı yenilik – Departament direktorundan Açıqlama

14:00 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Azərbaycan səhiyyəsinə tam fərqli sistem gəlir.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament direktoru Vüqar Qurbanov İtv-nin “Diqqət Mərkəzi - Yekun” proqramında açıqlayıb.

O, qeyd edib ki, sözügedən sistem səhiyyədə maliyyələşmənin yeni bir modelidir. Departament direktoru sistemin tətbiqindən sonra səhiyyə sisteminin yalnız dövlət büdcəsindən maliyyələşməycəyini bildirib: “Əvəllər səhiyyə sistemi ancaq dövlət büdcəsindən maliyyələşirdi. Amma icbarı sığortanın tətbiqi ilə tibb müəssisələri artıq həm Icbari Tibbi Sığorta Agentliyindən, həm digər sığorta şirkətlərindən, digər kooperativ müştərilərdən, təminat almayan xidmətlər üzrə isə vətəndaşların özlərindən vəsait əldə edəcəklər. Bu da həm tibb müəsssiələrinin xidmət spektrinin genişləndirilməsi, xidmətin keyfiyyətinin arıtırılması üçün vacib amildir. Burda əsas olan tibb müəssisələrinin bu işə hazır olmasıdır. İcbari Tibbi Sığorta Agentliyi artıq 2019-cu ildən bildiyiniz kimi icbari tibbi sığortaya hazırlıq işləri görürdü. Sözügedən dövr ərzində də İcbari Tibbi Sığorta Agentliyi həm regionlarda, həm Bakı şəhərində icbari tibbi sığortanın tətbiqi üçün ilkin etapda lazım olan tədbirləri həyata keçirməklə məşğul olub”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər