Tibbi sığortadakı ƏDV azaldılsın – Deputatdan Təklif

14:37 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Dünyada digər sahələrlə müqayisədə tibbi xidmət sahəsində ƏDV-nin azaldılması kimi bir ənənə var. Bunun ölkəmizdə də tətbiq olunması əlbəttə ki, icbari tibbi sığorta sahəsində görülən işlərin daha effektiv bir şəkildə aparılmasına kömək edəcək.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov  deyib.

 Deputat xüsusən bir məqama diqqət çəkərək qeyd edib ki, icbari tibbi sığorta olmadan da əvvəl ölkəmizdə var olan qanunlara görə səhiyyə pulsuz xidmət kimi qəbul olunursa da, amma pullu xidmətin göstərildiyi hissələrdə əslində ƏDV yükü birmənalı olaraq xəstəxanaların deyil, vətəndaşın üzərinə düşür: ““Bu gün İcbari Tibbi Sığorta Agentliyi əgər bunun maliyyə tərəfini qarşılayırsa, bu o zaman əslində dövlətin bir qurumu olaraq onun üzərində ciddi bir yükün olduğu mənasına gəlir. Bundan sonra da ƏDV məsələsi aradan qaldırılmasa İcbari Tibbi Sığorta Agentliyi yenə yüksək bir məbləği ödəyəcək. Ona görə düşünürəm ki, iqtisadçılar bu məsələni dünya təcrübəsindən istifadə edərək geniş müzakirələrə çıxarmalı və uyğun bir şəkildə bunun tamamən yox edilməsi deyil, yarıyarıdək azaldılaraq , bəzi ölkələrdəki kimi hətta 3 faizədək endirilməsi məqsədə uyğun olardı”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər