Bir milyard manatdan çox ipoteka krediti verilib – Bu ilin oktyabrına QƏDƏR

14:47 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu bu ilin oktyabr ayının 1-ə olan göstəriciləri açıqlayıb.

ABC.Az xəbər verir ki, göstəricilərə əsasən, sözügedən tarixə qədər 26 min 999 ipoteka krediti verilib. Fond verilən məbləği də açıqlayıb.

Belə ki, Fond qeyd olunan tarixə kimi 1 milyard 335 milyon 831 min 530 manat ipoteka kreditləri verib. Həmçinin bəhs olunan dövrə qədər Fond tərəfindən 41 milyon 759 min manatlıq zəmanət və subsidiya kreditləri verilib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər