Ekspert sığorta bazarında baş verənlərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALIR

14:14 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Sığorta şirkətləri maksimal dərəcədə çalışırlar ki, öhdəliklərini yerinə yetirməsinlər.

Bunu ekspert Əkrəm Həsənov ABC.AZ-a “Standard İnsurance”-ın vətəndaşlara dəymiş ziyanı ödəməkdən boyun qaçırması məsələsinə münasibət bildirərkən deyib.

O, belə halın tək adıçəkilən şirkətdə deyil, bir çox sığorta şirkətlərinə aid olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, “Standard İnsurance” daxil olmaqla artıq bir qisim şirkətlər dəymiş ziyanı ödəməkdən boyun qaçırmanı ənənəyə çeviriblər. “Burada problem Maliyyə Bazarlarına Nəzarət Palatasından qaynaqlanır. Çünki Palatada sığorta sahəsində kadr potensialı zəifdir. Bank sahəsində indi az-çox mütəxəssisləri var, onlardaki Mərkəzi Bankın və qiymətli kağızlardan gələn işçilərdir. Biz də ümumiyyətlə qiymətli kağızlar bazarı demək olar ki, yoxdur. Ona görə də sığorta şirkətləri bir növ ağ günə çıxıb nəsə edirlər. Yəni Palata da bu məsələləri tənzimləyə bilmir. Sığorta bazarının inkişafı indi böyük təhlükədədir. Belə hallar çoxaldıqca vətəndaşların sığorta sisteminə etimadı azalacaq. Maliyyə sektorunda bir nömrəli məsələ ümumyyətlə qanunvericilik məsələsidir. Qanunvericilik mütləq təkmilləşdirilməlidir”.-deyə Ə.Həsənov bildirib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər