“LG” Azərbaycanda fabrikini aça bilər – Şirkət rəsmisi - ÖZƏL

15:18 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Gələcəkdə məhsullarımıza tələbat daha da çox olarsa Azərbaycanda şirkətimizin yığım zavodunu aça bilərik.

Bunu ABC.AZ saytına özəl açıqlamasında Cənubi Koreyanın “LG Electronics”-in Qafqaz üzrə regional rəhbəri Sangin Lee Bakıda şirkətin MULTI V 5 Dəyişkən Soyuducu Axını sistemi və Maqnetik Yastıqlı Soyuducularının təqdimatında deyib.

O, qeyd edib ki, Qafqaz regionunda fabrik açmaqla məhsullarını əhaliyə daha ucuz qiymətlərlə çatdıra bilər. Şirkət təmsilçisi Qafqazda “LG” məhsullarının daha çox satıldığı ölkənin adını da açıqladı: “Bizim məhsullarımıza Cənubi Qafqazda ən çox tələbat Azərbaycandadır. Burada ən çox tələbat olan məhsullarımız isə oled televizorları, instavyu soyuducuları və tvinwash paltar yuyan maşınlarıdır. Tələbat olmaqla yanaşı, həm də qeyd olunan məhsullar Azərbaycanda daha çox satılır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər