Vətəndaş tələb etməsə İcbari Tibbi Sığorta formal bir layihə olacaq - Ekspert

11:29 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az.  Bildiyiniz kimi gələn ildən icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunacaq. Bir çoxları bunun özünü doğrultmayacağını və iflasla nəticələnəcəyini iddia edir. Səbəb kimi isə icbari tibbi sığorta layihəsində bəzi çatışmazlıqların olduğunu qeyd edirlər. Bununla yanaşı iddialarda qeyd olunur ki, icbari tibbi sığortanın tətbiqi sığorta şirkətlərinə də təsirsiz ötüşməyəcək.

Bütün bu iddiaların nə qədər real görsəndiyini aydınlaşdırmaq üçün sığorta ekspertinə müraciət etdik.

Sığorta eksperti İlkin İbrahimov məsələ ilə bağlı ABC.AZ-a bildirdi ki, icbari tibbi sığortanın tətbiqi özəl sığorta şirkətlərinə təsiri qaçılmazdır. O, bunu bir çox şirkət və fiziki şəxslərin bu tətbiqdən sonra öz könüllü tibbi sığortalarından imtina edəcəyi ilə izah edir: “2 faiz vətəndaş və 2 % işverənə yük düsə könüllü tibbi sığortada azalma qaçılmazdır. Lakin qeyd etmək lazımdır ki, İcbari Tibbi Sığortanın tətbiqi vətəndaşların öz hüquqlarını nə dərəcədə tələb etməsindən asılı olacaq. Çünki tələb təklifi yaradır. Vətəndaş tələb etməsə elə bu sosial layihə də formallığını itirməyəcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər