Azərbaycanın ən şirin dəyər zənciri

15:22 - 14.12.2017


FAO-nun iqtisadçısı ölkənin bal istehsalının bütün mərhələlərini təhlil edərək parlaq perspektivlər görür

 

Ənənəvi sector, Təbii Üstünlüklər

 

Əsrlər boyu Azərbaycanda kənd əhalisi bal istehsal etmişdir. Ölkənin dağlıq əraziləri yüksək bazar dəyərinə malik təbii, yüksək keyfiyyətli, dağ bitkilərindən alınmış nektarla hazırlanan bal istehsalına şərait yaradır. Ətraf mühitə və parazitlərə qarşı təbii dayanıqlılığa malik Təbii Qafqaz arıları yüksək məhsuldarlığın əldə edilməsinə imkan verir.

 

Bu gün Azərbaycanda 240 000 qeydiyyatdan keçmiş arı pətəyi vardır. Hökümət il ərzində 900 ton bal istehsal etməklə bu rəqəmin 600 000 arı pətəyinə çatdırılmasına çalışır.

 

Üstünlüklərdən yararlanmaq

 

FAO-nun iqtisadçısı və dəyər zənciri üzrə eksperti Con O'Konnel gələcək inkişaf tədbirləri üçün bu sahənin üstünlüklərini, problemlərini və imkanlarını qiymətləndirməklə Azərbaycanın bal sektorunu yaxından təhlil etdi. Dəyər zənciri təhlilində O'Konnel qeyd edir: “pətəkdən süfrəyə” kimi bütün mərhələləri nəzərdən keçiririk. Biz zəncirdə itirilmiş və ya zəif əlaqələri axtarmağa çalışırıq. Eyni zamanda yollar və elektrik təchizatı, qaydalar və nizamnamələr, maliyyəyə çıxışın əldə edilməsi və emal, nəqliyyat, infrastruktur sahələrinin əlçatanlığına baxırıq”.

 

Yeni metodların tətbiqi

 

İlk baxışdan, Azərbaycanın Qax rayonunun Ləkit kəndində bal istehsalı təsərrüfatında ənənəvi metodlardan istifadə edilir. Hər səhər təsərrüfat işçiləri xüsusi qoruyucu kostyumları geyinərək bal pətəklərinin nəzarətini həyata keçirdirlər. Arı pətəkləri arıların diqqətini cəlb etmək üçün göy qurşağı rənglərində boyanır.

 

Ana təbiətə əl uzatmaq

 

Yaxınlıqdakı emalatxanada usta yeni taxta pətəklər hazırlayır. Sağ tərəfdə - insan əməyi ilə mumdan hazırlanmış arı şanı lövhələri də bu emalatxanada istehsal edilir. Pətəyin içərisinə yerləşdirərkən istehsal edilmiş mum pətəyin daxili quruluşunun formalaşdırılmasını sürətləndirir.

 

Qafqaz ana arıları

 

Azərbaycanın arı istehsalçıları yeni metodlar və texnologiyalar tətbiq etməklə davamlı olaraq biliklərini artırırlar. Məhsuldarlığı artırmaq və genetik irsin qorunması məqsədilə 2015-ci ildə Gəncədə Dövlət Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nəznində fəaliyyət göstərən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi Qafqaz ana arılarının çoxaldılmasına başladı. Tədqiqatçılar Qafqaz ana arılarını toplamaq üçün Qafqaz dağlarına ekspedisiya təşkil etdilər.

 

FAO ana arı yetişdirmə qutuları və süni mayalanma laboratoriyası təchizatı ilə yanaşı texniki dəstək də göstərdi. Layihənin son mərhələsində Türk mütəxəssislər Mərkəzin heyətinə süni mayalanma üsulları barədə təlim keçdilər. O'Konnel bildirib ki, FAO, bal istehsalına dair davamlı çözümlər məsləhət verməyə davam edir.

 

Şirin mükafatlar

 

Azərbaycan balı dadlı və tələb olunandır. Bu sahə inkişaf edir və texniki cəhətdən möhkəmlənir. Lakin O'Konnelin sözlərinə görə, hələ də inkişaf üçün zəmin mövcuddur. O, arıçılar və Milli Arıçılar Assosiasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi, balın təsnifatı və standartlara uyğunlaşdırılma, Azərbaycan balının bazar potensialının genişləndirilməsi və istehsalçı gəlirlərinin artırılması məqsədilə brendləşmənin əsasının qoyulmasını tövsiyyə edir. FAO-nun gələcək yardımı, ölkənin arıçılarının bazara çıxış imkanları ilə yanaşı, ixrac imkanlarının təkminləşdirilməsinə yönəldiləcəkdir.

 

https://faoreu.exposure.co/azrbaycanin-n-sirin-dyr-znciri