Avansdan ƏDV tutulurmu? – EKSPERTDƏN CAVAB

12:08 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Bəzi hallarda şikətlər işçiyə verdikləri avansın ƏDV-yə cəlb olunduğuğunu bilmədiyindən vergiləri ödəyərkən bir çox hallarda anlaşılmazlıqlar yaşanır.

ABC.AZ xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Emin Səttarov mövuzaya münasibət bildirib.

Ekspert avansdan ƏDV-nin tutulduğunu təsdiqləyərək, bildirib ki, avansın ƏDV-yə cəlb olunması Vergi Məcəlləsinin 166.2-ci maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, bəzi əməliyyatları aparmazdan əvvəl müəssisəyə müəyyən məbləğlər daxil olur: “Bu məbləğin ƏDV-yə cəlb olunması və həmin məbləğə görə, büdcəyə ödəmənin aparılması Vergi Məcəlləsində öz əksini tapıb. Misal olaraq bir nümunə göstərim. Şərti desək may ayının 28-də 1000 +180 manat avans şəkilində tutalım daxil olub və ayın sonunda elektron qaimə təqdim olunur. Bu zaman iyun ayının 1-də elektron faktura təqdim edilməlidir. 5 gün ərzində elektron qaimə verilmirsə bu zaman ortada anlaşılmazlıq yaranır ki, bu da yolverilməzdir. Ona görə də elektron qaimə mütləq 5 gündən gec olmayaraq təqdim olunmalıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər