İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək

12:02 - 18.10.2019


18 oktyabr,Fineko/abc.az. Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.

Xəbər verilir ki, oktyabrın 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.

Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur, bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri daxildir. Səfər Azərbaycan və İsveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində, həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.

© Azertag.az

 

Bütün xəbərlər