Daha 6 nəfərə sığorta agenti lisenziyası verildi - Palata Tərəfindən

12:08 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Sığorta agenti kimi fəaliyyət göstərmək üçün 6 nəfər lisenziya alıb.

ABC.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Palatanın İdarə Heyətinin 21 oktyabr 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Muradov Nüsrət Sadıq oğlu, Cəfərov Rövşən Muqabil oğlu, Babatov İdrak Akif oğlu, İsmayılzadə Nərmin Tahir qızı, Hacızadə Mətanət Tərlan qızı və Alışov Amil Asif oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər