Bakı Limanı ilə Aktau və Kurik limanları arasında anlaşma memorandumları imzalanıb

17:32 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Bakı Limanı ilə Aktau və Kurik limanları arasında bilet satışları vahid onlayn rejimi üzərində aparılacaq.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, Tbilisidə keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Konsorsiumuna üzv şirkətlərin növbəti toplantısı çərçivəsində Bakı Limanı ilə Aktau Limanı, eyni zamanda, Bakı Limanı ilə Kurik Limanı arasında bilet satışlarının vahid onlayn rejimi üzərində aparılmasına dair anlaşma memorandumları imzalanıb.

© Azertag.az