10:38 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşımalarının gecikməsi Gürcüstan tərəfindəki texniki problemlərlə əlaqədardır.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Azərbaycan tərəfi BTQ dəmir yolu xətti ilə sərnişin daşımalara başlamaq üçün tam hazırdır. Lakin Gürcüstan tərəfində mövcud olan bəzi texniki problemlər bu daşımalara başlamağa imkan vermir: “Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlər yoxdur. Bu da sərnişin daşımaları üçün problem yaradır”.
QSC sədri deyib: “Bizim qatarlarımız və vaqonlarımız hazırdır və biz sərnişin daşımalarına başlaya bilərik. Lakin bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları yoxdur. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”.
C.Qurbanov əlavə edib ki, əgər məsələ yaxın vaxtlarda həllini tapmasa “Azərbaycan Dəmir Yolları” QSC Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Əgər bir-iki aya vəziyyət düzəlməsə və məsələ həll olunmasa Azərbaycan öz elektrovozlarını və ya dizel lokomotivlərini təklif edəcək”, - deyə C.Qurbanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır.
© Azertag.az
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024