Ağdaşda 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 mln. manat ayrıldı

15:12 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sərəncam imzaladı.

Sərəncama əsasən, Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı.

 

Bütün xəbərlər