Kənd sakinlərinə müjdə - Bakıya gəlmək asanlaşdı

11:38 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və "Azərpoçt" MMC tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib.

DANX-dan ABC.AZ-a daxil olan məlumata görə, artıq kənd sakinləri Bakıya gəlmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksindən bilet əldə etməklə yanaşı, həmçinin yaşadıqları ərazidəki poçt nümayəndəliyindən də şəxsiyyət vəsiqəsi ilə bilet ala biləcəklər.

Bundan sonra isə Zaqatala Beynəlxalq Avtovağzal Kompleksində səfərin günü və saatını müəyyən edə bilər.

Qeyd edək ki, sözügedən xidmət respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair işlərə artıq start verilib.