Azərbaycan məhsulları “Global Village” Yarmarkasında nümayiş olunur

04.11.2019,11:33


4 noyabr, Fineko/abc.az. Azərbaycan məhsulları hər il Dubayda keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə  nümayiş olunur.

Bu barədə ABC.AZ-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.

KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb. Burada 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları təqdim olunur.

Qeyd edək ki, 1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır.

Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur.