LG şirkətinin rüblük qazancı artıb – 3 Milyard dollardan çox

16:46 - 5.11.2019


5 noyabr, Fineko/abc.az. LG Ev Əyləncəsi Cihazları Şirkətinin rüblük qazancı 3.24 milyard ABŞ dolları olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat şirkətin açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, bu göstərici 2018-ci ilin analoji dövründəki satışlardan 3.5% daha çox olmaqla, Latın Amerikası və Orta Şərq bazarlarında qeydə alınan kütləvi satışlar nəticəsində əldə edilib. Əməliyyat gəlirlərinin gərgin bazar rəqabəti və zəif məzənnə aktivliyi nəticəsində ötən illə müqayisədə bir qədər azalaraq 266.3 milyon ABŞ dolları olmasına baxmayaraq, OLED TV kimi premium məhsulların güclü satışı rüb üçün 8.2 faizlik sağlam əməliyyat gəliri marjası yaradıb.  LG Mobil Kommunikasiyalar Şirkəti yüksək rəqabətli smarfton bazarında 1.27 milyard ABŞ dolları həcmində satış qeydə alıb. Məhsul səmərələliyi və xərclərin təkmilləşdirilməsi nəticəsində əməliyyat itkiləri ötən ilin cari rübü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalaraq 135 milyon ABŞ dolları olub.

 

Bütün xəbərlər