İlin əvvəlindən Azərbaycanın sığorta şirkətləri 504 milyon manatdan çox sığorta haqqı toplayıblar

17:34 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətləri yanvar-noyabr aylarında 504 milyon 234 min manat həcmində sığorta haqqı toplayıblar.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata əsasən, hesabat dövründə şirkətlər  tərəfindən həyata keçirilən ödənişlərin həcmi  230 milyon 880 min manat təşkil etmişdir.

“Cari ilin  yanvar-noyabr ayları ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının  45,79  manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. 2016-cı ilin müvafiq dövründə isə bu göstərici 48,61 manat təşkil edib”, - məlumatda belə deyilir.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon  764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.

Ümumilikdə, cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növləri təşkil etmişdir. 

Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər