Kanadaya viza müraciətində yenilik - QAYDALAR DƏYİŞDİ

17:04 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib.

ABC.AZ xəbər verir ki, bundan sonra Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi üçün görüş vaxtının təyin edilməsi məcburi olacaq. Hazırki qaydalara görə, VFS Global yalnız görüş vaxtını təyin etmək məqsədi ilə ərizəçidən şəxsi məlumatlarları toplanır. Bu səbəbdən ərizəçidən razılıq forması tələb ediləcək.

Biometrik məlumatlarınızın qəbul edilməsi ilə bağlı təcili müraciət etmək istəyirsinizsə, görüş vaxtının təcili qeydə alınması ilə bağlı tutarlı bir səbəb göstərməlisiniz. Bu səbəblərə rəsmi idarədən verilən nota və ya sənəd nümunə ola bilər.

Qeyd edək ki, nota Viza Müraciət Mərkəzində saxlanılmayacaq, siz onu sadəcə göstərəcəksiniz. Bu sizin təcili biometrik məlumatlarınızın götürülməsini təmin edəcək, lakin IRCC-də ərizəyə baxış müddətinə təsir etməyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər