Bank VTB (Azərbaycan) açiq tender elan edir

17:39 - 18.12.2017


Bank VTB (Azərbaycan) ödəniş kartlarının hazırlanması üçün embossinq avadanlığının alınması ilə əlaqədar açiq tender elan edir

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 25 dekabr 2017-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  

Bank VTB (Azərbaycan) ASC-nin  Müsabiqə (Tender) komitəsi.

Əlaqələndirici şəxs:

Elşən  Mahmudov

Telefon: 012 492-00-80 (daxili nömrə 1233)

Faks: 012 437-71-21

Mob.: 055 212 03 31

 

 

Bütün xəbərlər