Azərbaycanda turizm infrastrukturu və turizm marşrutları təkmilləşdiriləcək

10:42 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının növbəti, altıncı iclasını keçirib.

Nazirliyinin məlumatında deyildiyi kimi, iclas zamanı turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, Şuranın fəaliyyətin təşkili, həmçinin,nəzərdə tutulmuş layihələr müzakirə olunub.

“Şura üzvləri həmçinin daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıb”, - məlumatda belə deyilir.