Stasionar nəqletmə vasitələri ilə bu qədər məhsul ixrac olunub – 10 AYDA

15:29 - 18.11.2019


18 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında stasionar nəqletmə vasitələri ilə Azərbaycandan ixrac olunan məhsulların həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu bardədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında stasionar nəqletmə vasitələri ilə Azərbaycandan 34 milyon 154 min 832 ton məhsul ixrac olunub. Hesabata əsasən, bu nəqletmə vasitələri ilə idxal olunan məhsulun həcmi isə 1 milyon 19 min 576 ton təşkil edib.

Müəllif: Elmir Murad