Azərbaycanda aqrar məhsulun istehsalı 4,2% artıb

12:00 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdı.

Dövlət Statistika Komitəsindən xəbər verildi ki, cari ilin yanvar-noyabr aylarında  aqrar məhsulların istehsalı 4,2% artmışdır.

“O cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,9% artmışdır”, - məlumatda belə bildirilir.

Gələn ilin məhsulu üçün 1034,5 min hektar sahədə şum qaldırılmış, 864,6 min hektar sahəyə dən üçün taxıl, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilmişdir.

Məlumatda deyilir: “Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 450,1 min ton, süd istehsalı 0,8% artaraq 1847,1 min ton, yumurta istehsalı 6,4% artaraq 1564,9 milyon ədəd, yun istehsalı isə 3,8% azalaraq 15,9 min ton olmuşdur”.