Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

12:34 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri dekabrın 20-də Bakıda beşinci üçtərəfli görüş keçirəcəklər.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun  görüşü çərşənbə günü Bakıda baş tutacaq.

Görüşdə birgə layihələrin həyata keçirilməsi daxil olmaqla üçtərəfli regional əməkdaşlıq müzakirə olunacaq.

 

 

Bütün xəbərlər