Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncüdür

17:14 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Cari ilin yanvar–oktyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 727,8 milyon dollardan çox olub.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir.

Siyahıya 1,5 milyard dollarla Türkiyə başçılıq edir. Gürcüstanın xarici ticarətində Türkiyənin payı 14,2 faiz təşkil edib. İkinci yerdə 1,2 milyard dollarla Rusiya, üçüncü yerdə isə 871,8 milyon dollarla Çin qərarlaşıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi pərakəndə satış nəzərə alınmadan 10,4 milyard dollara yaxın olub. Xarici ticarətdə 4,3 milyard dollarlıq mənfi saldo yaranıb.

© Azertag.az

 

Bütün xəbərlər