AZTV – dən daha bir yenilik - Tender elan edir

15:59 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC  3 televiziya və 2 radio kanallarının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satınalınması tenderi keçirir. Tenderdə iştirak haqqı 150 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 09 dekabr 2019-cu il saat 12.00-a , tender təklifini isə 17 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 18 dekabr 2019-cu il saat 12.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 18.11.2019 18:00 tarixindən sonra əldə etmək olar.

 

Bütün xəbərlər