Azərbaycan İsraildən 39 mln.dollardan çox məhsul idxal edib

17:22 - 21.11.2019


21 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, on ayda Azərbaycanla İsrailin ticarət dövriyyəsinin həcmi 1 milyard 195 milyon 341 min ABŞ dolları olub.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 155 milyon 972 min dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 155 milyon 77 min dollar artıb. Belə ki, keçən ilin yanvar-oktyabr aylarında ölkəmizdən İsrailə 1 milyard 895 min dollarlıq məhsul ixrac edilib.

Bu ilin 10 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 39 milyon 368 min dollar olub.

Qeyd edək ki, İsrail Azərbaycanın ticarət dövriyyəsi apardığı əsas ölkələrin siyahısında 7-ci pillədə qərarlaşıb.

 

Bütün xəbərlər