Limanlarda görülən yükləmə-boşaltma işlərinin həcmi açıqlanıb – 6 milyondan çoxdur

11:49 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 6 milyon 775,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 6 milyon 214 min tonunu və ya 91,7 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 195,9 min ton olub. On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 17,8 min nəfər təşkil edib.

Müəllif: Elmir Murad