Hüquqi şəxslərin dövlət qeydiyyatında artım sürətlənib – 10 AYDA

15:53 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2019-cu il noyabrın 1-i tarixinə ölkə üzrə uçotda olan vergi ödəyicilərinin sayı və təsnifatı açıqlanıb.

ABC.AZ hesabata əsasən xəbər verir ki, bu ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9 faizdən 88,7 faizədək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod + mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər