“AzSıgorta” sığorta şirkətinin rəhbərliyi kütləvi ixtisarların səbəbini açıqladı

17:24 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. “AzSıgorta” sığorta şirkətinin rəhbərliyi işçilərin işdən çıxmasını təbii və gözlənilən hesab edir.

Sığorta şirkətinin idarə heyətinin sədri Anar Talıbov Fineko/abc.az  İnformasiya Agentliyinə bildirib ki,  şirkəti tərk etmiş işilər əsasən satış fəaliyyəti ilə məşğul olurdular.

Həmin işçilərin işdən çıxarılması, şirkətin yeni siyasəti ilə onların razılaşmamasından irəli gəlir ki, bu da təbii və gözlənilən haldır”, - deyə A.Talıbov bildirdi.

Sığorta şirkətində aparılan struktur dəyişiklikləri ilə əlaqədar oktyabr ayından etibarən bir sıra departament rəhbərləri, 100-ə yaxın işçi və sığorta agenti sığorta şirkətindən ayrılıb.

 

Bütün xəbərlər