Anadangəlmə ürəkqüsurluların müalicəsini dövlət ödəyəcək - İcbari Tibbi Sığortanın tətbiqindən sonra

14:25 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibə verib və bir sıra məsələlərə aydınlıq gətirib.

ABC.Az xəbər verir ki, şöbə müdiri müsahibəsində bildirib ki, tibbi xidmətlərin verilməsi üçün 90 manat vəsait dövlət büdcəsindən ödəniləcək.

Agentlik rəsmisi bura daxil olacaq siyaıdan da danışıb və bir neçə nümunə göstərib: “Bura ilkin səhiyyə xidməti, Təcili Tibbi Yardım, ambulator, stasionar xidmət və həyati vacib olan xidmətlərin siyahısı daxildir. Məsələn, anadangəlmə ürəkqüsurlu olan körpələrin müalicəsi də büdcə hesabına ödəniləcək. Vətəndaşlar ödəniş üçün müraciət etməyəcəklər. Çünki dövlət tərəfindən adambaşına 90 manat ödənilir. Yeni  hazırlanan xidmətlər zərfində say 3000-ə çatdırılıb. Burada implantasiya  daxildir. Bizim vətəndaşa xidmət etmək üçün maliyyəmiz yüksəkdir. Əgər vətəndaş  xəstələnibsə, ona seçim limiti qoyulmur. Əgər müayinə nəticəsində şəxsdə xəstəlik aşkar olunubsa və həmin xəstəliyin müalicəsi, əməliyyatı xidmətlər zərfində öz əksini tapıbsa, bu, həyata keçiriləcək. Çünki vətəndaşın sığorta ödəmələri var. Ona görə hara müraciət etməsindən asılı olmayaraq ona xidmət ediləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər