Aqrar sığortanın bu siniflərinin haqqını dövlət ödəyəcək – QƏRAR

11:07 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Aqrar sığorta haqqının dövlət büdcəsinə aid hissəsi müəyyən edilib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti "Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında" qərar verib.

Qərara əsasən, Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində, akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində təsdiq edilib.

Qeyd edək ki, qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər