“Mobil Elektron Məhkəmə” məhkəməyə müraciət imkanlarını genişləndirəcək – Vüsal Qasımlı

15:59 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.

ABC.AZ xəbər verir ki, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatı Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu – qanunverici, icra və məhkəmə - üzrə sistemli islahatlar aparılır: “Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq.

Beləliklə, ““Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq.”

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər