“Günay Sığorta”nın yığımları və ödənişləri azalıb – 200 min manata qədər

16:19 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Palatanın açıqladığı göstəricilərə istinadən xəbər verir ki, “Günay Sığorta”nın bu ilin yanvar-oktyabr ayları üzrə durumu heç də yaxşı olmayıb.

Belə ki, ötən ilin 10 ayı ilə müqayisədə bu ilin analoji dövründə sığorta şirkətinin yığımlarında və ödənişlərində azalma müşahidə olunub. Daha da konkretləşdirsək adıçəkilən şirkət ötən ilin 10 ayı ərzində 5 milyon 243 min manat sığorta haqqı toplayıb. Şirkətin bu ilki topladığı sığorta haqqı 180,30 min manat və ya 3,43% azalaraq 5 milyon 063 min manat təşkil edib.

Azalan təkcə sığorta haqları olmayıb, şirkətin sığorta ödənişlərində də azalma müşahidə olunmaqdadır. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında müştərilərinə 2 milyon 726 min manat sığorta ödənişi verən şirkət bu il ödənişi 1 milyon 389 min manat və ya 50,29% azalaraq 1 milyon 336 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər