Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü başlandı

12:04 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. Bakıda Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü başlandı.

Bu, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşüdür.

Görüşdə üçtərəfli əməkdaşlığın inkişafı, həmçinin  aktual beynəlxalq və regional məsələlərin müzakirəsinə əsas diqqət yetiriləcək.

Görüşdən sonra  Bakı bəyannaməsi qəbul ediləcək.

 

 

Bütün xəbərlər