Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına pul 11,8 mln. manat ayrıldı

10:00 - 6.12.2019


6 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev dekbarın 5-də Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrıldı.