Satın almaq məqsədi ilə qalacağınız kirayə mənzillərlə bağlı açıqlama - 25 ildən sonra sizin olacaq

16:03 - 6.12.2019


6 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib.

ABC.AZ xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov Nazirlər Kabinetinin qərarından sonra aydınlıq üçün rəhbəri olduğu mərkəzə müraciətlərin olduğunu bildirərək, sözügedən məsələyə münasibət bildirib.

O, qeyd edib ki, söhbət satın almaq məqsədi ilə kirayə mənzil fonundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir. V. Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar deyən iqtisadçı, ekspert qeyd edib ki, əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər: “Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər. Bu mənzillər 2013-cü ildən sonra inşa edilən binalardadır və kvadratları da yeni tikililərdəki sahələrə uyğundur. O baxımdan, satın almaq məqsədi ilə mənzilə sahib olan zaman gəlirinizə uyğun kvadrat seçə biləcəksiniz”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər