Məşhur şirkət nizamnamə kapitalını azaltdı – 400 manat oldu

16:12 - 9.12.2019


9 dekabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən şirkət nizamnamə kapitalını azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə elan “Vergilər” qəzetində yer alıb. Belə ki, "Horizon İnkişaf və innovasiya Mərkəzi" MMC-nin təsisçiləri 09.12.2019-cu il tarixdə cəmiyyətin nizamnamə kapitalının 100 (bir yüz) manat azaldılaraq, 400 (dörd yüz) manat olmasına dair qərar qəbul edib. "Horizon Inkişaf və İnnovasiya Mərkəzi" MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 30 gün ərzində öz tələblərini AZ1007, Bakə şəhəri, Nəsimi rayonu, Sarabski, ev 59-59a ünvanında bildirə bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər