Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərsığorta” dövlət sığorta şirkətində yoxlamalar keçirib

16:14 - 20.12.2017


20 dekabr, Fineko/abc.az.  Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası, yeganə dövlət kommersiya sığorta şirkəti “Azərsığorta”da aparılan yoxlamların səbəbini açıqlayıb.

Palatadan Fineko/abc.az  İnformasiya Agentliyinə bildirildi ki, yoxlamalar sığorta sektorunun tənzimlənməsi üzrə Tədbirlər Planına əsasən həyata keçirilir.

“Yoxlamalar, sığorta bazarının peşəkar iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilir”, - Palatadan belə xəbər verdilər.

Həmçinin qeyd edildi ki, şirkətdə keçirilən yoxlamalar artıq tamamlanıb və hazırda onların nəticələrinin müzakirəsi aparılır. Şirkətin yoxlamalaının nəticələrinə əsasən tələblər irəli sürüləcək.

 

Bütün xəbərlər