Azərişıq tender elan edir

10:46 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. “Azərişıq” ASC müxtəlif növ KTM-lərin satın alınması üzrə tender keçirir.  Tenderdə iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  22.01.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30.01.2020 16:00 qədər Bakı şəhəri, Ələsgər Qayıbov küç. 8 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim olunmalıdır.

Həmçinin bildirilir ki, iddiaçıların təkliflərinin açılışı 31.01.2020 16:00 tarixində Ələsgər Qayıbov küç. 8 ünvanında aparılacaq.

 

Bütün xəbərlər