AZPROMO şirkətləri sərgiyə dəvət edir

12:48 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Dekabrın 17-də Tehranda IX İran Techmart Sərgisi açılacaq. Sərgi dekabrın 20-dək davam edəcəyi qeyd olunur.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

Şirkətlərin və startapların iştirak edəcəyi sərgiyə Azərbaycanda və dünyada texnologiya və ya texnoloji imkanlara malik olan, eləcə də tədqiqatçılar, araşdırma təşkilatları, texnologiya parkları və texnologiya mübadiləsi sahəsində ixtisaslaşan qurumlar dəvət olunur.

 

Bütün xəbərlər