Türkdilli sahibkarlar üçün yenilik - Ortaq biznes portalı yaradılıb

14:45 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri arasında fiziki, bürokratik və ünsiyyət maneələrinin aradan qaldırılması məqsədilə "Turkish Business Portal" istifadəyə verilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından ABC.AZ-a verilən məlumata görə, Azərbaycan sahibkarlarının bu portalda fəal iştirak etməsinə nail olmaq məqsədilə üzvlərlə ciddi iş aparılır: "Bu platforma heç bir vasitəçi olmadan KOB-lar arasında sürətli əlaqə yaratmağa və hazırda mövcud olan vahid veb-portal çərçivəsində müxtəlif mənbələr arasında bölüşdürülən məlumat, ticarət potensialı və fəaliyyətləri toplamağa imkan verəcək. Bu yolla Türk Şurasına üzv dövlətlərin sahibkarları arasında ünsiyyətin asanlaşdırılması və müvafiq məlumatların mərkəzləşdirilmiş qaydada alınması təmin ediləcək. Nəticə etibarilə ölkələrimiz arasında ticarət əlaqələrinin sürətinin və həcminin artmasına böyük kömək edəcək".

Portala daxil olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiz: http://www.turkicbusiness.com/default_eng.asp

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər