KOBİA-dan sahibkarlara dəstək - Biznes inkubatorlar üçün seçim olacaq

11:44 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçilməsi məqsədilə müsabiqə elan edib.

KOBİA-dan ABC.AZ-a verilən məlumata görə, məqsəd namizədlərin biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcək. Müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər