İlham Əliyev “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

15:13 - 13.12.2019


13 dekabr, Fineko/abc.az.  Prezident İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlət başçısının iştirakı ilə “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.