Vergilər artırılanda hazır layihələri ixtisara salmalı oluruq - “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru

11:19 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkətinin Azərbaycandan gedəcəyi ilə bağlı mətbuatda bəzi məlumatlar dolaşdı. Buna səbəb kimi isə Azərbaycanda aksizli məhsulların vergilərinin artırılacağı xəbəri göstərilirdi. Sonradan məlum oldu ki, iddialar əsassızdır və mətbuatda şişirdilib.

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev ABC.AZ-a özəl açıqlamasında bir daha sözügedən məsələyə toxunaraq bildirdi ki, aksizli malların vergilərində artım məsələsi ilə bağlı şirkət daim hökumətlə dialoq formatında işləyir:

  “Biz dövlətlə dialoqumuza inanırıq. Çünki bizim hökumətlə birbaşa və açıq dialoqumuz var. Təbii ki, requlyator dövlət və nazirlikdir. Biz bu məsələdə bir başa heç bir addım atmırıq. Biz inanırıq ki, hər hansı bir artım olsa belə bu yalnız bizim üçün olmayacaq. Digər kateqoriyalar, məhsullar üçün də olacaq. İdxal məhsulları üçün də olacaq ki, bu da bizə kömək edəcək. Biz hazırki balansı texniki səviyyədə saxlıyacağıq və ona görə biz ümumilikdə gələcəyə çox pozitiv baxırıq. Hazırda şirkətimizin ümumiyətlə Azərbaycan bazarına çox böyük ümidləri var.Bizim üçün ən əsas nədir? Ölkədə düzgün rəqabət olmasıdır. Biz görürük ki, illər keçdikcə biz buna doğru gedirik. Azərbaycanda qalan məsələlər requlyasia oluna bilər. Biz biznesimizi bura uyğun adaptasiya edə bilərik və. s. Amma əsas bizim üçün bazarda dövlətlə dialoqdur. Tamamı ilə şəffaf vergi ödəyicisi və şirkət olduğumuz üçün sadaladıqlarıməz bizim üçün ən əsas məsələdir”.

V. Malçev bütün bunlarla yanaşı vergi fazilərinin artırılacağı təqdirdə bəzi layihələrini ixtisara sala biləcəklərini də istisna etmir: “Əlbəttə vergilər artırılsa bizdə hazır layihələri ixtisara salmalı oluruq bu aydın bir şeydir. Layihələr digər layihələrlə və ya xərclər digər xərclərlə əvəzlənir. Mən biznes məsələsindən danşram. Biznes həmin məsələləri adaptasiya edir. Yəni məsələ bundan ibarətdir, təbii ki, biz Azərbaycan bazarında qalmaq istəyirik və qalacayığıq da, biznesi də inkişaf etdirəcəyik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər