İcbari Tibbi Sığorta regionlarda necə təbliğ olunur? – Agentlikdən cavab

16:37 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. Gələn il İcbari Tibbi Sığortanın tətbiq olunacağı regionlardakı tibb müəssisələrində icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat İcbari Tibbi Sığorta Agentliyindən verilib.

Sözügedən hazırlıq işləri əsasən tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması, o cümlədən tibb heyətinin bilik və bacarıqlarını artırmaqla bağlıdır.

Qeyd edək ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər